
TikTok ilə işin əsasları
TikTok, qısa videolar yaratmaq və izləmək üçün bir xidmətdir. Bu platforma sizə qısa bir zamanda auditoriya tapmağa və böyük xərclər olmadan lidlər əldə etməyə imkan verir. TikTok, şərti-pulsuz trafik üçün ən yaxşı platformalardan biridir.
İlk baxışdan TikTok-un alqoritmləri sadə görünür: istifadəçi videoya baxır və bəyənərsə, tövsiyələrdə oxşar videolar və kanallar çıxır. Lakin effektiv reklam üçün bu platformanın necə işlədiyini daha dərindən anlamaq lazımdır. Bu, hədəf auditoriyanızın ana səhifəsinə — yaxşı olardı ki, bir neçə hesabdan, effektiv şəkildə düşmək üçün vacibdir.
Bu məqalədə biz TikTok ilə işləməyin əsas prinsiplərini təsvir edirik: moderasiya və tövsiyə alqoritmləri, məlumatların toplanması, trafikin idarə olunması üçün ümumi qaydalar və kreativlərlə iş barədə danışırıq.
TikTok hansı məlumatları toplayır
TikTok-la işləmək üçün istifadəçilər haqqında hansı məlumatları topladığını və kontenti necə moderasiya etdiyini bilmək vacibdir.
Qeydiyyat zamanı platforma avtomatik olaraq cihaz haqqında məlumat alır:
- IP-ünvan;
- istifadəçi nümayəndəsi və identifikator: veb-saytların və tətbiqlərin cihazı tanımasına imkan verən unikal rəqəmsal kodlar;
- mobil rabitə operatoru;
- saat qurşağı quraşdırmaları;
- cihazınızın texniki xüsusiyyətləri: əməliyyat sistemi, konfiqurasiya, ekran çözümlülüyü, batareyanın vəziyyəti, səs quraşdırmaları və qoşulmuş audiocihazlar;
- şəbəkə növü: mobil də ya Wi-Fi;
- IP-ünvan və SIM-kart əsasında təxmini coğrafi mövqeyi haqqında məlumat.
Google və ya Facebook kimi kənar servislər vasitəsilə qeydiyyatdan keçərkən, platforma həmçinin istifadəçinin adını, doğum tarixini, telefon nömrəsini və hesabın qeydiyyatdan keçdiyi ölkə haqqında da mlumat ala bilər.
Bəzi şəxsi məlumatları istifadəçi özü təqdim edə bilər: e-poçt ünvanı, şifrə, dil, geolokasiya və kontaktlar.
İstifadəçi təkrar qeydiyyatdan keçirsə, platforma onun hesablarını tək bir identifikatora bağlayır. Əgər 3-5 hesabdan çox varsa, alqoritmlər bunu görürlər və sanksiyalar tətbiq edə, məsələn, hesabları kölgə banına göndərə bilərlər.
Moderasiya necə işləyir
Kontentin avtomatik moderasiyası üçün istifadə olunan əsas alətlərdən biri, metadatanın toplanmasıdır. Metadata istifadəçinin bütün kontentindən toplanır: videolar, şəkillər və hətta istifadəçinin profilində olan avatardan.
Metadata, fayl, onun məzmunu və xüsusiyyətləri haqqında məlumatlardır. Bunlara təsviri əldə etmək üçün istifadə edilən kamera və ya cihazın parametrləri, faylın yaradılma tarixi və saatı, coğrafi mövqe, ekspozisiya parametrləri, ölçü və format daxil ola bilər. Metadatadan istifadə edərək, platformanın alqoritmləri müxtəlif istifadəçilərin məlumatlarını müqayisə edir. TikTok həmçinin qonşu piksellər, videonun heşi və faylın adı haqqında məlumat toplayır, eləcə də şəxsi mesajları, şərhləri və videonun məzmununu təhlil edir.
Toplanan məlumatların köməyi ilə platforma spamerləri, multihesabları və qayda pozuntularını müəyyən edir. Bu, videoların tövsiyələrdə keçməsinin qarşısını alan və bəzən hesabları bloklayan dələduzluq əleyhinə sistemin bir hissəsidir.
İstifadəçi kontentinin paylaşılması üzrə qaydalar həmçinin mühüm rol oynayır. Alqoritmlər qeyd olunan videoları dərhal ban edir:
- qadağan olunmuş maddələrdən bəhs edən və ya onları təbliğ edən;
- silahları, sursatları, partlayıcı maddələri nümayiş və ya təbliğ edən;
- tütün məhsullarını və onların analoqlarını nümayiş və ya istifadə edən;
- siyasi və ya sosial reklamı ehtiva edən;
- hərbi mövzulu materialları nümayiş edən, müharibəyə və qanunsuz fəaliyyətlərə haqq qazandıran;
- ayrı-seçkiliyə və ya nifrətə təşviq və təhrik edən;
- böyüklər üçün xidmətləri və malları, açıq-saçıq səhnələri ehtiva edən;
- saxta məhsulları nümayiş edən və təşviqatını aparan;
- təsirli səhnələri, qəddarlığı, ədəbsiz ifadələri ehtiva edən;
- qanunsuz fəaliyyətə çağırışlar edən.
Platformanın əsas qaydaları və məlumat toplama prinsipləri ilə tanış olduğumuza görə, artıq avtomatik moderasiya alqoritmlərinin necə işlədiyini daha yaxşı başa düşə bilərik. Bu məlumata sahib olma, effektiv kanallar şəbəkəsini yaratmağa və məhdudiyyətlər altına düşmə riski olmadan kontenti paylaşmağa imkan verəcək.
Avtomatik moderasiya şəkil və audio tanınması, OCR (şəkildəki mətnin tanınması), şərhlərin təhlili üzərindən işləyir. Həssas və ya açar sözlərin köməyi ilə pozuntuları müəyyən edərək, alqoritmlər hesabı kölgə banına göndərə və ya bloklaya, pozuntuya səbəb olan videonu isə silə bilərlər.
Həssas sözləri müəyyən etmək üçün platforma minlərlə sözdən ibarət böyük verilənlər bazasından və heş mübadiləsini dəstəkləyən veb-servislərdən istifadə edir. Bəzi alətlər, məsələn, NCMEC, qadağan olunmuş kontenti paylaşıldıqdan dərhal sonra müəyyən etməyə və silməyə imkan verir. Lakin, avtomatik moderasiya hər zaman dəqiq işləməyə bilər, beləliklə kontent manual moderasiyaya göndərilir.
Moderatorlar təsviri, kontenti və səsli müşayiəti qiymətləndirərək, videoda qayda pozuntularının olub-olmadığını yoxlayırlar. Lakin, onlar profil başlığını yoxlamır, bu da mənbələrin linklərini orada yerləşdirməyə imkan verir. Bununla belə, təsvirdə və ya videoda "Profildəki linkə keçid et" kimi çağırışlar moderatorlarda suallar yarada və videonun müvafiq teqlə işarələnməsinə səbəb ola bilər.
Ban ilə üzləşməmək üçün kreativlərdə, təsvirlərdə və audioda triqer sözlərdən istifadə etməkdən çəkinin. Qumar və mərc oyunları üçün bu cür sözlərin dəqiq siyahısı yoxdur, lakin ən böyük risklər bukmeyker kontorları, kazino, pul və qazanc kimi sözlərin işlədilməsi ilə əlaqəlidir.
TikTok ilə işləyərkən istifadəsi tövsiyə edilməyən bəzi spam-sözlər bunlardır:
1win, bukmeyker şirkəti, onlayn-kazino, kazino, uduş, azart, lotereya, risk, qumar, mərc, mərc sahəsi, mərclər, qumar oyunları, əyləncə, onlayn-əyləncə, oyun biznesi, idman mərcləri, əməkdaşlıq, fürsət, təklif, mənfəət, qazanc, pul, gəlir, əlavə gəlir, maliyyə faydası, internetdə qazanc, onlayn-qazanc, sərmayələr, gözlənti, investisiya, mərclərdən gəlir, maliyyə artımı, monetizasiya, maliyyə perspektivləri, iş təklifi, tərəfdaşlıq, əlverişli, qarşılıqlı faydalı şərtlər, biznes imkanları, tərəfdaşlıq proqramı, tərəfdaşlıq münasibətləri.
Tövsiyələr sisteminin əsas prinsipləri
Platforma istifadəçinin onunla necə qarşılıqlı əlaqə qurduğu barədə bütün məlumatları toplayır. Bu, həm istifadəçinin lenti üçün uyğun videoların mövzularını seçmək üçün, həm də botları və ya şübhəli istifadəçiləri müəyyən etmək üçün edilir. Profilin qeydiyyatdan dərhal sonra ayarlanması, platformanın gələcək istifadəsinə mənfi təsir göstərə bilər, çünki alqoritmlər hesabı şübhəli kimi qeyd edəcəklər. Adətən, yeni istifadəçi özü haqqında məlumatları dərhal redaktə etmir, avatar əlavə etmir və ya video paylaşmır, buna görə də bu cür davranış qeyri-təbii hesab olunur.
Platforma həmçinin paylaşımlar lenti, axtarış və kontentlə qarşılıqlı əlaqələni nəzərdən keçirir. Bəyənmələr, repostlar, şərhlər və sona qədər izlənilən videolar əsasında istifadəçinin seçimləri haqqında məlumatlar toplanılır. Burada, məsələn, tematik sorğulardan və geoteqlərdən istifadə edərək, alqoritmlərə başqa bir GEO ilə maraqlandığınızı göstərə bilərsiniz.
Əsas məqam odur ki, maraqların analitikası hər iki istiqamətdə işləyir. İstifadəçinin seçimləri haqqında məlumat toplamaqla, platforma yalnız onlara uyğunlaşmır, həm də istifadəçinin hansı kontenti paylaşa biləcəyini və hansı auditoriyanın marağını cəlb edəcəyini təxmin edir. Məsələn, əgər siz pişiklərlə olan videoları aktiv şəkildə izləyirsinizsə, çox güman ki, sizin paylaşımlarınızı da pişiksevərlər görəcəklər.
Bu səbəbdən "bəyaz", yəni platforma qaydalarına tam uyğun və moderasiya siyasətlərini pozmayan kreativlərlə "isitmə" qumar və mərc sahələrində təsirli deyil. Əvvəlcə pişiklərlə olan videoları paylaşıb, sonra kazino mövzusuna keçid etsəniz, videolar pişikləri izləyən istifadəçilərə təklif olunacaq. Müvəfiq olaraq bəyənmələr, repostlar, şərhlər və baxışlar kimi effektivlik göstəriciləri də olduqca aşağı olacaq. Bu, alqoritmləri çaşdıracaq və videolar tövsiyələrdə irəli çəkilməyəcək.
Cihazın işə hazır edilməsi
TikTok-un tövsiyələr və moderasiya prinsiplərini başa düşdüyümüzə görə, artıq bi neçə hesabla işə uğurla başlamaq üçün lazım olan hərəkət alqoritmini təyin edə bilərik:
- Cihazın ID-sini dəyişmək.
- SIM-kartı cihazdan çıxarmaq və onu lazımi GEO-ya ayarlamaq
- Lazımi GEO-ya aid nömrə ilə iCloud/Google-da qeydiyyatdan keçmək.
- Proksini quraşdırmaq, ayarlamaq və yoxlamaq.
Bu addımları daha ətraflı nəzərdən keçirək.
ID-nin dəyişdirilməsi
Platforma istifadəçinin daxil olduğu cihaz haqqında məlumat toplayır. ID, bir smartfonu digərindən ayırd etməyə imkan verən ən vacib məlumatdır. Eyni ID ilə bir neçə hesab yaratsanız, onlar ban siyahısına düşəcək.
ID-ni dəyişdirmək üçün xüsusi tətbiqlərdən istifadə edə və ya cihazı fabrik parametrlərinə qaytara bilərsiniz. Cihazı hər dəfə sıfırladığınız zaman məlumatlar formatlanır və yeni ID-nömrəsi yaradılır. iOS üçün cihazın fabrik parametrlərinə qaytarılması ilə bağlı ətraflı təlimat bu linkdə mövcuddur. Android üçün təlimatlar cihazın modelindən asılı olaraq dəyişə bilər.
SIM-kartın çıxarılması və dəyişdirilməsi, cihazın ayarlanması
SIM-kart köməyi ilə cihazın rabitə operatoru və təxmini coğrafi mövqeyi müəyyən edilir. Məsələn, Rusiyadan Meksika ilə işləməyi planlaşdırırıqsa, SIM-kart telefondan çıxarılmalıdır. Əgər Meksika ilə ölkə daxilində işləyiriksə, yerli SIM-kartdan istifadə alqoritmlərin etibarını artıracaq.
Həmçinin cihazınızda hədəf GEO-nun dilini və vaxtını təyin etməli və geolokasiya servislərini deaktiv etməlisiniz.
Lazımi GEO üçün hesabların yaradılması
Seçilmiş ölkənin nömrəsi ilə qeydiyyatdan keçərək lazımi GEO üçün Apple ID və ya Google hesabı yarada bilərsiniz. Məsələn, veb-master ABŞ üzrə işləməyi planlaşdırırsa, Google hesabı Amerika operatorlarından birinin nömrəsi ilə qeydiyyatdan keçirilməlidir.
Proksinin ayarlanması və yoxlanılması
Proksi, istifadəçi ilə internet-resurs arasında vasitəçi serverdir. O, real IP-ünvanını gizlətməyə və onlayn anonimliyi təmin etməyə imkan verir. TikTok ilə işləyərkən, rezident mobil IPv4 proksilərindən istifadə etmək daha yaxşıdır – onlar geniş yayılıb və əksər servislərə uyğun gəlir.

Dələduzluq əleyhinə sistemləri yan keçmək və bloklanmanın qarşısını almaq üçün fərdi proksilərdən istifadə etmək vacibdir. Hər hesabın öz unikal IP-ünvanı olmalıdır.
Həmçinin proksinin keyfiyyətini yoxlamaq vacibdir: onlar həqiqətən istədiyiniz regionun IP-ünvanlarını təmin edirmi və üzərindən keçən məlumatları qoruyurmu? Bunun üçün xüsusi xidmətlər var, onlardan biri bu linkdə mövcuddur.

Proksilər xüsusi tətbiqlər üzərindən quraşdırılmalıdır, məsələn, Android üçün SocksDroid, iOS üçün Potatso və ya ShadowRocket.

Bəzi veb-masterlər proksiləri USB adapterləri və Wi-Fi üzərindən quraşdırırlar, lakin bu üsul xərc tələb edir və hər zaman effektiv olmur. Həmçinin internetin hotspot üzərindən paylanmasından istifadə etmək tövsiyə edilmir, çünki bu qoşulma formatı alqoritmlər tərəfindən asanlıqla aşkarlanır.
Alternativ variant — modlar
Xüsusi moddan istifadə, multihesabla işləmək üçün alternativ bir variantdır. Mod, rəsmi tətbiqin dəyişdirilmiş versiyasıdır, hansı ki istifadəçilərə videoları su nişanları olmadan yükləmək və ya regional məhdudiyyətləri yan keçmək kimi əlavə xüsusiyyətlər təqdim edir. O, telefona pley marketdən deyil, Scarlet sertifikatı (iOS üçün) və ya APK-faylı (Android üçün) üzərindən quraşdırılır. Modda geolokasiya ya əvvəlcədən təyin edilib (adətən ABŞ), ya da coğrafi mövqeyi ödənişli əsasda dəyişdirmək seçimi var.
Modlar haqqında fikirlər müxtəlifdir: bəzi insanlar cihazın hər bir quraşdırma mərhələsini manual şəkildə keçməyin daha etibarlı olduğuna inanır, digərləri isə hesab edir ki, modlar platforma tərəfindən hesablara kölgə banının qoyulmasına imkan vermir.
Hesabların yaradılması
Tətbiq yükləndikdən sonra istifadəçi üçün qeydiyyat menyusu açılır. Platforma istifadəçi davranışının təbii olmasına diqqət yetirir, buna görə də Apple və ya Google hesabları, avtorizasiya üçün ən yaxşı variantlardır.

Bir cihazda 3-5-dən çox hesab yaratmaq tövsiyə olunmur. Gələcəkdə, artıq istifadə edilmiş cihazlarda hesabların kəsişməsinə yol verməməyə çalışın. Əvvəllər yaradılmış hesabları "doğma" telefonda saxlamaq və ya onları eyni IP altında Dolphin-anty kimi aşkarlanmaya qarşı brauzerə köçürmək daha yaxşıdır. Hesablar haqqında məlumatları sistemləşdirmək üçün Google və ya Excel-də sadə bir cədvəl yaratmaq tövsiyə olunur.
İlk avtorizasiyadan sonra TikTok sizə maraqlarınızı seçməyi təklif edəcək. Burada sahəmizə yaxın istiqamətləri seçmək lazımdır, məsələn, "Motivasiya və məsləhətlər", "Avtonəqliyyat", "Səyahətlər".
İstifadə zamanı platforma sizin coğrafi mövqeyinizə, digər tətbiqlərdə və üçüncü tərəf veb-saytlarda hərəkətlərə və kontaktlara giriş icazəsi tələb edəcək. Belə icazələri vermək qəti qadağandır.
Qeydiyyatdan sonra platforma ilə tanış olmaq lazımdır. Təbii davranmaq vacibdir: bir neçə bəyənmə qoymaq, hansısa videoya "ilişib" onu bir neçə dəfə təkrar izləmək, hərdən bir rəylərə baxmaq. Həmçinin arada müəlliflərin profillərinə keçmək, onların videolarına baxmaq və təkrar əsas lentə qayıtmaq olar.
İlk avtorizasiya və aktivliklərdən sonra yaxşı olar ki, müəyyən bir müddətə TikTok-dan çıxasınız. Bu, 15 dəqiqə də ola bilər, bir gün də. Əsas odur ki, hərəkətlərinizlə platformanı ondan ilk dəfə istifadə etdiyinizə inandırasınız. Ara verdikdən sonra IP-nizi yoxlayıcı vasitəsilə yoxlayın, tətbiqə daxil olun və bir neçə dəqiqə yenidən lentinizi sürüşdürün, sonra da profilinizi doldurmağa başlayın.
Təsviri, istifadəçi adını və avatarı əlavə etdikdən sonra, lentinizə yenidən nəzər salın və qısa fasilə verin. Bundan sonra kontenti paylaşmağa başlaya bilərsiniz.
Kontent paylaşmağın əsasları
Eyni gündə birdən-birə 5-6 video paylaşmaq düzgün deyil. Alqoritmlər bu cür aktivliyi şübhəli hesab edəcək, baxış sayı 500-600-də dayanacaq, və yaxud kanal bloklanacaq. Buna görə də, başlanğıc üçün 5-10 dəqiqəlik fasilə ilə gündə 1-2 video paylaşmaq daha yaxşıdır.
Unikallaşdırma
TikTok istifadəçi kontentinə aid məlumatları yoxlayır, buna görə də platformaya yüklənən hər şey, o cümlədən profil şəkilləri, unikallaşdırılmalıdır. Kontenti üç yolla unikallaşdırmaq olar:
- faylın metadatasını – yaradılma tarixini, cihaz məlumatlarını və geoteqləri silməklə;
- təsvirə səs və effektlər tətbiq etməklə;
- faylın daxili xüsusiyyətlərini dəyişdirməklə və təsvirin xarici görünüşü dəyişdirmədən onun parametrlərini modifikasiya etməklə.
Kontenti FFmpeg-də öz kodunuz üzərindən unikallaşdıra bilərsiniz. Bu açıq mənbəli proqram, video və audio ilə işləməyə imkan verir, məsələn, xüsusi effektlər əlavə etməklə. Unikallaşdırma üçün xüsusi Telegram botları da uyğundur, məsələn, @unikcreo_bot. Metadatanın təmizlənməsini metadata2go xidmətindən istifadə edərək yoxlaya bilərsiniz. Əgər bütün addımlar düzgün yerinə yetirilibsə, faylın metadatasını ehtiva edən bütün sahələr boş olacaq.
CapCut videosunun unikallaşdırması
CapCut, ən populyar mobil videoredaktorlardan biridir. Lakin, ehtimala görə, son zamanlar servis yaradılan faylların metamdatasını TikTok moderatorluğuna ötürür. Bu, hesablar üçün kölgə banı və ya hətta bloklanma riskini daşıyır, xüsusən də eyni kreativi bir neçə mənbədə paylaşırsınızsa.
Bunun qarşısını almaq üçün Wink Sİ-servisdən istifadə etmək tövsiyə olunur.
İstifadə qaydası:
- Videonu CapCut-da redaktə edin. Tövsiyə olunan parametrlər: 1 080p, 30 fps, HDR-sız, su nişanları olmadan. Sistem adı ilə yadda saxlayın, məsələn: VID_20251105_123456.mp4.
- Videonu Wink-ə yükləyin, formatı (.mp4 və ya .mov) və bitreyti (video üçün 4–8 Mbps, audio üçün 128–192 kbps) seçin.
- Videonun Sİ-təkmilləşdirilməsi üçün komandanı seçin, məsələn, noise reduction və ya detail upscale.
- Faylı endirin. Hazırdır – metadatada CapCut "izləri" qalmadı.
Əlavə olaraq məlumatların təmizlənməsi üçün FFmpeg xidmətindən istifadə edə bilərsiniz: videonu proqrama yükləyin və konsola "ffmpeg -i wink_output.mp4 -map_metadata -1 -c copy clean.mp4" komandasını daxil edin. Bu, bütün teqlərin tamamilə silinməsini təmin edəcək.
Format və diqqətin saxlanması
Sona qədər izləmənin və iştirakın təmin edilməsi baxımından ən yaxşı format, şəkillərdən ibarət karuseldir. Səkildə istifadəçinin avtomatik sürüşdürmə zamanı oxumağa çatdıra bilməyəcəyi mətn ola bilər. Buna görə də o, videonun avtomatik olaraq yenidən başlaması üçün geri qayıtmalı və ya videonu sona qədər izləməli olacaq. Bəzi veb-masterlər promo kodu yadda saxlamaq üçün bu yolla istifadəçiləri karuseli bir neçə dəfə sürüşdürməyə məcbur edirlər.
Kontent karusel formatı üçün uyğun deyilsə, diqqətin saxlanmasını başqa yollarla artırmaq olar. Məsələn, videoya gözlənilməz sonluğa işarə və ya strimerin slotlarla bağlı həyəcanlı reaksiyasını əlavə etmək. Əsas məqsəd, videonun sonunadək izləyicinin diqqətini saxlamaqdır.
Kontentin hədəf auditoriyaya uyğunlaşdırılması
Yüksək keyfiyyətli, orijinal kreativlər istənilən platformada təşviqat üçün çox vacibdir. Məhz hədəf auditoriyanı anlamaqla hazırlanan orijinal kreativlər ən yaxşı nəticələr verir.
Kreativləri irəli çəkmək üçün trend musiqilərindən və seçilmiş GEO-nun geoteqlərdən istifadə etmək olar. Lazım olan trekləri Countik servisindən istifadə edərək seçə, geoteqləri isə lentdəki populyar videolardan götürə bilərsiniz. Adətən bunlar iri ticarət mərkəzləri, populyar şəhərlər, çimərliklər və ya prestijli rayonlardır. Məsələn, ABŞ-a yönəlmiş kontentdə çox vaxt Miami və ya Manhattan kimi teqlər olur.

Həmçinin, Countik vasitəsilə GEO-nun ən populyar müəlliflərini tapmaq və onların teqlərini təşviqat üçün istifadə etmək olar.
Lokal xüsusiyyətlərə uyğunlaşma
Kreativlərin hazırlanmasında ən çətin məsələ, onları yerli xüsusiyyətlərə uyğunlaşdırmaq, yerli mədəniyyəti, trendləri və memləri anlamaqdır. Çoxları səhvə yol verirlər və yalnız ümumi açar sözlərdən istifadə edirlər: kazino, mərclər, Lucky Jet, Aviator və bu kimi sözlər, beləliklə də auditoriyanın əhəmiyyətli hissəsini itirirlər.
Regionun spesifik xüsusiyyətlərinin daha dərindən öyrənilməsi, hədəf auditoriyanı genişləndirməyə imkan verir. Məsələn, amerikalı yeniyetmələr rus mafiyası haqqında zarafat etməyi sevirlər və cibxərcliyi az olduğundan, həmişə əlavə pul qazanmaq istəyirlər. Əlavə olaraq, onlar parlaq, komik və absurd kontentə üstünlük verirlər. Beləliklə, trafiki ABŞ-dan cəlb etsəydik, kreativimiz bu cür görünə bilərdi:

Hədəf auditoriyanızın maraqlarını öyrənmək üçün dil daşıyıcıları ilə dil öyrənmə servislərindən istifadə edə bilərsiniz. Dil mübadiləsi və ünsiyyət üçün HelloTalk tətbiqi bu məqsədlərə tam uyğundur. Hellotalk icması çox açıq və mehribandır, buna görə də həmsöhbətləriniz, çox güman ki, onların dili, mədəniyyəti və aktual trendləri ilə bağlı istənilən sualınıza məmnuniyyətlə cavab verəcəklər.
Kontent hansı vaxtlarda paylaşılmalıdır
Kontentin paylaşma vaxtı, onun tövsiyələrə düşməsində, eləcə də auditoriyanın sizin kreativlə qarşılıqlı əlaqə qurmasında və ona reaksiya verməyə hazır olmasında əsas rol oynayır. Critical Truth məlumatların təhlili agentliyi ilə əməkdaşlıq çərçivəsində Hootsuite komandası, geniş bir araşdırma aparıb. Onlar müxtəlif sahələr və sosial şəbəkələr üzrə bir milyondan çox sosial şəbəkə paylaşımını təhlil edərək, maksimal iştirakı təmin etmək üçün ən uyğun paylaşım vaxtlarını müəyyənləşdirib.
Həftənin günləri üzrə TikTok-da paylaşım etmək üçün ən uyğun vaxtlar (bütün vaxt qurşaqlarında yerli vaxt üçün aktualdır):
- bazar ertəsi: 10:00 –12:00
- çərşənbə axşamı: 12:00 – 16:00
- çərşənbə: 12:00 – 13:00
- cümə axşamı: 16:00 – 18:00
- cümə: 21:00 – 23:00
- şənbə: 22:00 – 00:00
- bazar: 00:00 – 01:00, 12:00 – 14:00
Texniki tövsiyələr
Üçüncü şəxs adından canlı çəkiliş zamanı daha uzaq planlardan və ya 0.5x zumdan istifadə etmək olar. Bu, cashout və ya deposit kimi xırda elementlərin görünməməsini təmin edəcək.
Kontenti yalnız mobil cihazdan və yalnız mobil internetdən və ya proksi bağlantısından istifadə edərək yükləmək lazımdır. TikTok daxilində videoları redaktə etmək tövsiyə edilmir, yalnız önizləmə kadrını dəyişmək gərəkir.
Yükləmə formatları:
- Android üçün – .mp4;
- iOS üçün – .mov.
Videoların paylaşılması üçün Android sistemi tövsiyə olunandır. Bu sistem üzərindən paylaşım edildikdə, bütün cihazlarda görüntü keyfiyyəti daha yüksək və daha stabil olacaq.
Həmçinin video keyfiyyətinə və kadr tezliyinə diqqət yetirin: alqoritmlər kadr tezliyi 30 fps və çözümlülüyü yüksək olan videolara daha loyal yanaşır. Regional xüsusiyyətləri də nəzərə alın: əgər internet sürəti aşağı olan bir GEO ilə işləyirsinizsə, videoların sonunadək izlənməsini artırmaq üçün onları daha aşağı keyfiyyətdə paylaşmaq daha yaxşıdır.
Heşteqler
Heşteqler videoları mövzu və trendə görə qruplaşdırır, həmçinin TikTok-un kontentinizi necə başa düşdüyünə və tövsiyə etdiyinə təsir göstərir.
Populyar və dar ixtisaslı heşteqleri birgə istifadə etmək daha yaxşıdır. Geniş profilli heşteqler aktual mövzuları əhatə etməyə kömək edəcək. Niş heşteqler birbaşa hədəf auditoriyaya müraciət edirlər.
Ən yaxşı heşteq kombinasiyalarını tapmaq üçün Trend Discovery kimi alətlərdən istifadə etməyi məsləhət görürük. Populyarlıq qazananları görmək üçün onları sahə, region və effektivlik göstəricilərinə görə filtrasiya edə bilərsiniz.
Paylaşımlara həddindən artıq heşteq əlavə etməmək vacibdir: diqqətlə seçilmiş üç-beş həştəq çox vaxt daha yaxşı nəticə göstərir, nəinki 20. TikTok-un alqoritmi dəqiq siqnallara üstünlük verir.
Metadata və SEO
Metadata, kontentin həm TikTok-da, həm də ənənəvi axtarış sistemlərində necə təsnif edildiyini müəyyənləşdirir. Bunlara video faylının adı, altyazılar, ekrandakı mətn, deyilən sözlər və həştəqlər daxildir.
Video haqqında məlumatlar, aşkarlanmanı müəyyən etmək üçün istifadə olunan əsas amillərdən biridir, buna görə də metadatanın axtarış sorğularının məqsədlərinə uyğun olmasına diqqət yetirmək vacibdir.
Yükləməzdən əvvəl, faylın adını açar sözlərinə uyğun olan bir təsvirlə dəyişə bilərsiniz (məsələn, how_to_play_aviamasters.mp4). Bu, TikTok-un videonu indeksləşdirmək və müvafiq axtarış sorğuları ilə müqayi2sə etmək imkanlarını artıracaq.
Alt yazılar və videonun üzərinə əlavə edilən mətnlər, hədəf auditoriyanızın TikTok-un axtarış funksiyasına daxil edə biləcəyi sözləri əks etdirən, təbii şəkildə yerləşdirilmiş SEO açar sözlərini ehtiva etməlidir.
Auditoriyanın sayta və ya kanala yönləndirilməsi
Auditoriyanı sayta ya TikTok-dan, ya da Telegram kanalı üzərindən yönləndirə bilərsiniz. Burada TikTok-un bir məhdudiyyəti var: profilinizdə kliklənə bilən link yerləşdirə bilməyiniz üçün ən az 1 000 izləyiciniz olmalıdır.
Süni artırma və ya biznes hesabının yaradılması təşviqata ciddi zərbə vuracaq, ona görə də alternativ üsuldan istifadə etmək daha yaxşıdır. Bunun üçün əsas kanalda olan videonun təsvirində və ya altındakı şərhlərdə tələb olunan sayda abunəçiyə sahib ikinci kanalın teqini yerləşdirmək lazımdır. Bu kanal yaradıla və ya xüsusi birjada alına bilər. Birjaların siyahısı bu məqalədə mövcuddur. İkinci kanalın təsvirində artıq Telegram-a, hədəf səhifəsinə və ya mikrolendinqə link yerləşdirə bilərsiniz.
Mikrolendinqlər, linklərin qorunması üçün rahat və pulsuz alətdir. Bir mikrolendinqdə kanala, veb-sayta və ya, məsələn, siqnal botuna linklər yerləşdirə bilərsiniz. Onlar nadir hallarda bloklanır və istifadəçilər üçün təhlükəsiz görünür. Populyar platformalarda (Linktree, Heylink, Tap.bio) mikrolendinqlərin yaradılması, eləcə də referal linklərin qorunması üzrə digər mexanizmlər haqqında ətraflı məlumat bu məqalədə təsvir edilib.
TikTok-da kölgə banı
TikTok-da kölgə banı, platforma qaydalarının pozulmasına görə hesaba tətbiq edilən müvəqqəti məhdudiyyətdir. Səbəblər müxtəlif ola bilər: müəllif hüquqlarının pozulması, spam-teqlər, kütləvi bəyənmələr və ya təqiblər, videoların tez-tez silinməsi. Kölgə banına məruz qalan hesab, onun izləyicisi olmayan istifadəçilərin tövsiyyələrində müvəqqəti olaraq göstərilmir.
Kölgə banının əlamətləri:
- baxışların sayı birdən-birə aşağı düşür;
- videolar tövsiyələr lentinə daxil edilmir;
- yeni təqibçilərin sayı birdən-birə azalır;
- hesabın öz videoları altında yazdığı şərhləri digər istifadəçilər görə bilmir;
- yeni videoların moderasiyası uzun çəkir.
Hesabın kölgə banına düşüb-düşmədiyini @mrbeast_tiktok_bot botu vasitəsilə yoxlaya bilərsiniz. O, hər video üçün bəyənmələr, baxışlar, yadda saxlamalar, eləcə də hesabın geolokasiyası və dili üzrə statistikanı göstərir. Nəzərə alın ki, bot rus dilində işləyir, ona görə də tərcüməçinin köməyinə ehtiyacınız ola bilər.

Kölgə banı, müvəqqəti məhdudiyyətdir və 24 saatdan 30 günədək davam edə bilər. Beləliklə, baxışların anidən aşağı düşməsi, hesabdan imtina etmək üçün səbəb deyil. Əksinə, videoları paylaşmağa və kanalı aktiv saxlamağa davam etmək vacibdir. Trafikin azalmasının qarşısını almaq üçün ehtiyatda daha bir neçə kanal olmalıdır. Ehtiyac yarandıqda, onları tez bir zamanda işə salmaq olar.
İkili paylaşma metodu ilə kölgə banından qorunma
Video səhvən platformanın qaydalarını pozan kontent kimi müəyyən edildiyi hallarda, ikili paylaşma metodu TikTok alqoritmlərinin məhdudiyyətlərini yan keçməyə imkan verir.
Məhdudiyyətləri yan keçmək üçün:
- Reklam videosunu paylaşın. Əvvəlcə platformanın məhdudiyyətləri ilə qarşılaşma riski olan videonu yükləyin. Təsvirdə və ya videonun özündə lazım olan məlumatları (məsələn, bio-da linki) qeyd edə bilərsiniz.
- "Təmiz" videonun paylaşılması. Birinci videonu paylaşdıqdan bir müddət sonra ikinci videonu yükləyin. Bu video qadağan olunmuş mövzulara heç bir işarə etməyən, sadəcə üslubunuza uyğun adi kontent olmalıdır.
- Auditoriyanın yönləndirilməsi. İkinci videoya və ya onun təsvirinə əvvəlki videonu izləmək üçün çağırış əlavə edin. Bu, bir yazı, səsli mesaj və ya izləyiciləri ilk videoya keçməyə həvəsləndirən hər hansı digər üsul ola bilər.
Nümunə:
Bloger, tərkibində reklam və Telegram qrupuna link olan bir video paylaşır. İlk əvvəl video 600-ə yaxın baxış toplayır. Daha sonra o, populyar rəqsin "trend" videosunu paylaşır və sonda izləyiciləri əvvəlki videoya baxmağa çağırır. Video 3 000 baxış toplayır və tövsiyələrə düşür. Bir müddət sonra reklam videosu 4 500, "trend" videosu isə 9 300 baxış sayına çatır.
Çıxarış
Bu məqalədə biz TikTok-la işləməyin əsas, fundamental prinsipləri ilə tanış olduq. Platforma ilə qarşılıqlı əlaqə qurmağın bir çox variantları var, lakin bu sadə qaydalara əməl etmədən, işə uğurla başlamaq mümkün deyil.
TikTok daim inkişaf edir, onun tövsiyələr və moderasiya alqoritmləri daim dəyişir, ona görə də biz platforma ilə işləmək və əlaqə qurmaq üçün daim yeni yollar axtarmalıyıq. Trafikin uğurlu yönəldilməsi üzrə vahid alqoritm yoxdur. Nəticə bizim detallara yanaşmamızdan, dəyişən şəraitə uyğunlaşmağa hazır olmamızdan və nəticələri təhlil etmək bacarığımızdan asılı olacaq.
Həmçinin bunları da oxuya bilərsiniz

Trafiki WhatsApp-a yönəldiririk
WhatsApp son dərəcə geniş funksiyalara malik qlobal miqyasda məşhur mesajlaşma proqramıdır və onu hər bir veb ustası üçün zəruri vasitəyə çevirir.

Instagram hesabları ilə necə işləməli
Effektiv bir İnstagram hesabı necə yaradılacağını izah edəcəyik: qeydiyyatdan və isinmədən tutmuş ilk yaradıcılıq məhsullarınızı paylaşmağa və fərdiləşdirməyə qədər.

