7 dəq
262

Trafiki WhatsApp-a yönəldiririk

18 mart 2026

WhatsApp, rahat və istifadəsi asan bir messencer, eləcə də qumar və mərc oyunları üçün ən uyğun platformalardan biridir. Onun istifadəsi asandır, moderasiyası isə demək olar ki, istənilən məzmunu yerləşdirməyə imkan verir.

WhatsApp qrupu, start proyekti üçün ideal seçimdir. Mesencerdə mənbə yaratdığınız zaman sizin 2 seçiminiz var: hər bir üzvün mesaj göndərə biləcəyi qrup, və yaxud yalnız sizin məlumat paylaşa biləcəyiniz kanal.  

Qrup növünü istəyinizə görə seçin. Əgər qrup inkişaf etdikcə iştirakçılar spam göndərməyə başlayırlarsa, digər izləyicilərin mənfi reaksiyası ilə qarşılaşmamaq üçün çatı bağlı saxlamağı tövsiyə edirik. Qrupdakı çoxsaylı mesajlar səbəbindən sizin reklam paylaşımlarınız itə bilər. 

Qrupunuz üçün cəlbedici ad fikirləşin və qrupun mövzusuna uyğun avatar seçin. Açıqlamada kanalın mövzusunu izah edin. Referal linkinizi və promo kodunuzu da orada qeyd edin. Qrupunuzda "yoxa çıxan mesajları" aktivləşdirməyin. Köhnə paylaşımlar mövcud olduğu halda, qrupun yeni üzvləri sizə daha çox etibar edəcək.  

Kontent

Layihənizi uğurla idarə etmək üçün əvvəlcədən kontent planı hazırlayın. O, 4 növ paylaşımlardan ibarət ola bilər. 

Faydalı kontent

Bu növ kontent sizə etibar qazanmağa, izləyicilərinizin gözündə ekspertliyinizi artırmağa və layihənizi daha populyar etməyə kömək edəcək. Auditoriyanızın daha loyal olması üçün oyun icmallarını, sxemləri, təhlilləri, strategiyaları və statistikaları paylaşın. 

Kommunikativ kontent

Bir oyunçu riski sevir və Lucky Jet-i seçir, digəri daha sakit Mines oyununa üstünlük verir, üçüncüsü isə Virtual games-də şansını sınamağa qərar verir. Ola bilsin ki, oyunçularınız özlərini idman mərclərində sınamaq istəyəcək. 

İzləyicilərinizin ən çox nə ilə maraqlandığını öyrənməyin ən rahat yolu, sorğu keçirməkdir.

 

image

Xəbər kontenti

Qumar oyunları ilə müqayisədə, idman dünyası yüksək səviyyəli tədbirlərlə daha məşhurdur. İzləyicilərinizin diqqətini cəlb etmək və onların loyallığını artırmaq üçün resursunuzda ən yaxşı idman tədbirlərini işıqlandırın və öz fikirlərinizi paylaşın. 

Satış kontenti

Uğurlu nəticələrinizi və oyunçularınızın nəticələrini, məsələn, uduşların və ya uğurlu oyunların ekran görüntülərini, böyük balansları göstərin. Qeydiyyat zamanı verilən bonuslar haqqında danışın. İştirakçıların rəylərini, oyunçuların verdiyiniz strategiyalar üçün sizə təşəkkür etdikləri və qazancları haqqında məlumat verdikləri yazışmaları paylaşın.  

Satış yönümlü kontentə referal linkinizi əlavə etməyi unutmayın.

 

image

Qrup idarəetməsi

Qrupunuzun aktivliyini qorumaq üçün hər gün strategiyalarla bağlı ən azı 5 kiçik post paylaşın. Daha geniş hədəf auditoriyasını əhatə etmək üçün oyun və idman kontentlərini sıra ilə paylaşmaq olar.  

Paylaşımlar tədbirlərlə bağlı reklam materialları ilə dəstəklənməlidir. Postun altında promo kodunuzu və birbaşa tədbirə aparan referal linkinizi yerləşdirin. 

Kontentinizi fərqli etmək üçün oyun proqnozlarını ötürmək məqsədilə emojilərdən istifadə edə bilərsiniz.

image

Auditoriyanın loyallığını artırmaq məqsədilə, uduşlu strategiya və ya idman proqnozu almaq üçün müəyyən vaxtda toplaşmağa dəvət edən səsli mesajlar yazmağı tövsiyə edirik. Növbəti postda linkinizi, eləcə də izləyiciləri qeydiyyatdan keçməyə və oyuna hazır olmağa təşviq edən mətninizi daxil edin.  

WhatsApp qrupunun bütün üstünlüklərinə baxmayaraq, onun bir əhəmiyyətli xüsusiyyəti var: iştirakçıların məhdud sayı (maksimum 1 024). Buna görə də layihənizin inkişafını davam etdirmək üçün WhatsApp kanalı yaratmağı, qrupunuzu isə VIP oyunçular üçün əlavə bir layihə kimi istifadə etməyi tövsiyə edirik.

Kanal idarəetməsi

WhatsApp kanalları Telegram ilə oxşar şəkildə fəaliyyət göstərir. Qrup çatları ilə müqayisədə kanalların əsas üstünlüyü ondan ibarətdir ki, burada izləyici sayına heç bir məhdudiyyət qoyulmur. İstifadəçilər kontenti izləyə, reaksiya qoya və sorğularda iştirak edə bilərlər, lakin şərh edə və ya administratorlara mesaj yaza bilməzlər.
Kanallarda adi kontent formatları paylaşıla bilər: mətn, foto, video, stikerlər və linkər.

image

Kanallar əvvəlki "Status" bölməsini əvəz edən yeni "Aktual" pəncərəsində yerləşdiriləcək. Həmçinin istifadəçilərə uyğun kanalları tapmağa imkan verən vahid kanallar kataloqu yaradılacaq ki, bu da təşviqat üçün çox faydalıdır.


image


Hələlik kanallarda paylaşım tarixçəsi yalnız 30 gün ərzində əlçatan olacaq, lakin kontent müntəzəm olaraq yeniləndikcə, bu, problem təşkil etmir: istifadəçilər üçün yeni və aktual paylaşımlar hər zaman daha maraqıdır. Menecerin telefon nömrəsi və hesab şəkli abunələrə gizli olacaq. Administratorlar həmçinin kanalı axtarışdan gizlədə, kanala kimin qoşula biləcəyini seçə və ekran görüntülərinin alınmasına və kontentin təkrar paylaşılmasına qadağa qoya biləcəklər

Reklam fəaliyyəti

Abunə sayını artırmağın müxtəlif üsulları var. Ən effektiv olanlara fokuslanacağıq. 

Ən sadə üsul, digər resursların sahiblərindən reklam almaqdır. Bunun üçün investisiya kanalları, oyun icmalları və əyləncəli kontentləri olan kanallar, eləcə də sürətli və asan pul təklif edən digər resurslar uyğundur. 

Auditoriyanızın artmasına həmçinin digər layihələrlə reklam barterinə kömək edə bilər. Önəmli olan sizin kreativliyinizdir. Rəqiblərinizin auditoriyasını maraqlandırmaq üçün onlardan seçilməli, maraqlı reklam və yanaşma düşünüb tapmalısınız.

Təşviqatın ən təsirli (və pulsuz) yollarından biri, əlavə resursların yaradılmasıdır. İş üçün ideal kombinasiyalar bunlar olacaq: YouTube - WhatsApp, Instagram - WhatsApp, TikTok - WhatsApp (xüsusilə TikTok). Düzgün yanaşma ilə onun alqoritmləri auditoriyanızın effektiv şəkildə böyüməsinə kömək edəcək.

Qrupunuzun linkini TikTok hesabınızın bio-sunda yerləşdirin. 1 000 izləyiciyə çatdıqdan sonra linki kliklənə bilən edə bilərsiniz.

Burada "Tizer" videolar çox effektivdir. Videolarda tərəfdaşlarımız strategiyaları elan edir, qazanclarınızı göstərir və potensial oyunçuları daha çox məlumat almaq üçün WhatsApp-a yönləndirirlər.


image

Auditoriyanı yığmaq üçün Facebook postlarından istifadə etmək olar. Bir-birinə yaxın olan tematik qrupları seçin: idman, mərclər, oyunlar, əyləncə və sürətli qazanc. Paylaşım üçün motivasiyaedici mətn yaradın, 1win-in üstünlüklərini təsvir edin və WhatsApp qrupunuzun linkini əlavə edin.

Nəticə

Gördüyünüz kimi, layihənizə başlamaq o qədər də çətin deyil, və bizimlə birlikdə qazanmaq üçün istəyinizin olması kifayətdir. Biz hər cəlb edilmiş oyunçudan əldə edilən mənfəətin 50%-ni ömürlük ödəyirik. Tək bir uğurlu oyunçu təşviqat və reklam üçün sərf edilən bütün vaxtın əvəzini çıxara bilər. Mənbənin inkişafına düzgün yanaşma ilə cəlb olunan oyunçuların sayı həmçinin, qazancınız da artacaq.  

Siz istənilən zaman menecerinizə yaza və iş planınızı qeyd edə, eləcə də əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edə bilərsiniz. Reklam fəaliyyətində uğurlar!


telegraminstagramyoutubelinkedin
Həmçinin bunları da oxuya bilərsiniz